9-cu mərtəbədən yıxılan uşaq sağ qaldı
16 Fevral 2012 Cümə Axşamı 15:33
Hadisə Rusiyanın paytaxtı Moskva şəhərində qeydə alınıb.
Rusiyanın paytaxtı Moskva şəhərində 4 yaşlı qız uşağı 9-cu mərtəbədən yıxılsa da sağ qalıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisənin baş verməsinin günahkarı uşağın atası olub.
28 yaşlı ata övladının anasını qarşılamaq üçün evdən çıxaraq uşağı tək qoyub. Uşaq isə açıq pəncərinin sürahisində oynayarkən 23 metr hündürlükdən həyətə yıxılıb. 4 yaşlı uşaq hazırda boyun fəqərəsinin sınması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Lazım gələcəyi təqdirdə ataya qarşı cinayət işi qaldırıla bilər.
DOSTLARINLA PAYLAŞ: