89 yaşlı kişi nəvəsi yaşda qızı zorlayıb
19 Oktyabr 2013 Şənbə 14:50
Kişinin bu iyrənc əməlindən arvadı və qızı da xəbərdar olub.
İngiltərədə dəhşətli zorlama faktı aşkar edilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, pakistanlı ər-arvad 19 yaşlı lal-kar qızı evlərində saxlayıb. İlyas Ashar adlı pakistanlı kişi 10 il boyunca lal-kar qızı evində zorlayıb. Kişi qıza həm də işgəncə verib, onu qul kimi işlədib.

Polis onun əməlindən təsadüf nəticəsində xəbərdar olub. Hazırda kişi saxlanılıb. İndi onun 84 yaşı var. Onun bu iyrənc hərəkətindən arvadı və qızı da xəbərdar olub. Polis hazırda onların da cinayətə cəlb olunub-olunmayacağı barədə araşdırma aparır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar