85 suriyalı əsgər və bir general Türkiyəyə qaçdı
03 İyul 2012 Çərşənbə Axşamı 02:22
Aralarında zabitlərin də olduğu hərbçilər sığınacaq istəyirlər.
Onlarla suriyalı hərbçi, o cümlədən, bir general və yeddi zabit Türkiyə ərazisinə keçiblər. ANS PRESS-in Türkiyə KİV-inə istindən verdiyi məlumata görə, onlar Türkiyədən sığınacaq istəyiblər.
Məlumata görə, söhbət sərhədə yaxın ərazidə yerləşən artilleriya diviziyasının hərbçilərindən gedir. Fərarilərin ümumi sayı 85 nəfərdir.
Bu, Suriya hərbçilərinin Türkiyəyə qaçması ilə bağlı ilk hadisə deyil. Amma indiyədək bu qədər kütləvi fərarilik olmamışdı.
Qeyd edək ki, iyunun sonlarında Suriya Hava Hücumundan Müdafiə Qüvvələri Türkiyəyə məxsus kəşfiyyat təyyarəsini vurub. O vaxtdan iki ölkənin sərhədində vəziyyət gərginləşib.
DOSTLARINLA PAYLAŞ: