81 yaşlı teleaparıcı Joan Rivers öldü
05 Sentyabr 2014 Cümə 05:33
Ölüm vaxtı Joan Rivers in yanında ailəsi və dostları da olub.
ABŞ-lı məşhur teleaparıcı və komediya aktrisası Joan Rivers dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, ötən həftə ürəyi dayanan 81 yaşlı Joan Rivers Nyu-Yorkdakı Mount Sinai xəstəxanasına aparılmışdı. Ötən gün qızı Melissa Rivers verdiyi açıqlamada anasının öldüyünü bildirib. Ölüm vaxtı Riversin yanında ailəsi və dostları da olub.

“Anamın həyatdakı ən böyük sevinc mənbəyi insanları güldürmək idi. Hər nə qədər çətin olsa da, onun son arzusunun bizim gülməyə davam etməyimizi istəməsi ola bilər düşünürəm” – deyə M.Rivers söyləyib.

Qeyd edək ki, məşhur teleaparıcı Joan Rivers son vaxtlar Hollivudun məşhur simalarının geyim seçimlərini tənqid eməsi ilə tanınırdı və “Fashion Police” (“Dəb polisi”) proqramının aparıcılığını edirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar