800 nəfərlik qəbristanlıq köçürülüb
29 Aprel 2010 Cümə Axşamı 04:10
Kəndlilər qazılaraq çıxarılan ölmüş qohumlarına aid qalıqları yeni kənd qəbristanlığında dəfn ediblər.
Türkiyənin Aydın şəhəri İncirova rayonunda 260 illik qəbristanlıq su anbarı tikintisi səbəbilə köçürülüb. “Anadolu” (AA) agentliyinin yaydığı məlumata görə, təxminən 800 nəfərin gömülü olduğu məzarlıq qazılaraq sümüklər çıxarılıb. Kəndin muxtarı 1999-cu ildən bəri su anbarı tikintisi səbəbilə kəndin bu yerdən evakuasiya olunduğunu, artıq kəndlilərin qohumlarına aid qəbirlərin də qazılaraq başqa yerə köçürüldüyünü deyib. Kəndlilər isə xüsusi vəzifəlilər tərəfindən qazılaraq çıxarılan ölmüş qohumlarına aid qalıqları yeni kənd qəbristanlığında dəfn ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: