8 yaşlı oğlan qız oldu
15 Oktyabr 2009 Cümə Axşamı 16:55
Amerikalı uşaq 12 yaşında qadın hormonlarına sahib olacaq
ABŞ-da növbəti azyaşlı cinsiyyətini dəyişib. Belə ki, ABŞ-ın Arizona ştatının 8 yaşlı oğlan sakini cinsiyyətini dəyişib. Joey Romero artıq adını da dəyişərək, özünə Josie-qız adını götürüb.
Qeyd edək ki, Josienin cinsiyyəti cərrahiyyə əməliyyatı vasitəsilə qanuni şəklidə dəyişilib.
“Josie danışmağa başlayarkən mən oğlan deyiləm, qızam deyirdi. Biz hər dəfə onun dediklərinə düzəlişlər edirdik ki, lakin o təkidlə israr edirdi ki, mən qızam”, deyə onun anası bildirib.
Josienin atası isə bu hadisədən olduqca pərişan olduğunu və oğlunu itirdiyi üçün çox təəssüf etdiyini söyləyib.
Hazırda 8 yaşında olan Josie evlərində təhsil almalı olur, belə ki, o ətrafdakılar tərəfindən böyük gərginliklə qarşılaşır. Məlumata görə, Josie xüsusi dərmanlar qəbul edir və artıq 12 yaşında o, qadın hormonlarına sahib olacaq.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar