8 hərbçini öldürən PKK terrorçuları çətirlərdən istifadə edib
21 İyun 2012 Cümə Axşamı 06:05
Hərbçilərin təəccübünə səbəb olan çətirlərin termal kameralara qarşı tədbir olduğu açıqlanıb.
Türkiyədə 8 hərbçinin ölümü, 19-nun yaralanması ilə nəticələnən terror hadisəsindən sonra PKK-ya qarşı keçirilən hərbi əməliyyatlarda məhv edilən terrorçuların üstündən qara çətir tapılıb. İlk anda hərbçilərin təəccübünə səbəb olan çətirlərin termal kameralara qarşı tədbir olduğu açıqlanıb.

Məlumata görə, PKK belə gizlənmək yolunu yeni kəşf edib və ilk dəfə bu “əməliyyatda” çətir metodundan istifadə edib. Mütəxəssislər terrorçuların pilotsuz hava cihazının (Heron) termal kamerasına yaxalanmamaq üçün qara çətir açdığını və çömələrək bu şəkildə irəlilədiyini bildirib.

Türkiyə xüsusi xidmət orqanları isə PKK terror təşkilatının 2 ay əvvəl Şimali İraqdakı topdan satış mərkəzlərindən bu məqsədlə 5 000 qara çətir aldığını müəyyənləşdirib.

Qeyd edək ki, terrorçular daha əvvəl də termal kameralardan qorunmaq məqsədilə bədənlərini neylona bükürmüş.


DOSTLARINLA PAYLAŞ:

oyunlar