79 yaşlı qoca 51 il sürücülük vəsiqəsi olmadan maşın sürüb
11 Avqust 2010 Çərşənbə 20:45
Ona 2031-ci ilə qədər maşın sürmək qadağan olunubmuş.
Almaniyada polis sürücülərdən birinin sənədlərini tələb edərkən onun 51 ildir ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi məlum olub. Belə ki, 79 yaşlı sürücü 1959-cu ildə içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə onun vəsiqəsi alınıb və ona 2031-ci ilə qədər avtomobil sürmək qadağan edilibmiş. Buna baxmayaraq qoca, avtomobil sürməyə davam etdiyini və heç vaxt da polis tərəfindən saxlanılmadığını bildirib.
1959-cu ildə bir bakal piyvə içdiyinə görə cəzalandırılan sürücünü bu dəfə yol hərəkəti qaydalarını pozduğuna görə polis saxlayıb. Ərzaq almağa gedən qoca yolu qısaltmaq üçün qayda pozuntusu törədib və bu zaman da polisin yoxlamasına məruz qalıb.
Qeyd edək ki, bu, Almaniyada ilk belə fakt deyil, bu ilin mart ayında saxlanılan sürücülərdən birinin avtomobili 24 il sürücülük vəsiqəsi olmadan idarə etməsi məlum olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: