78 yaşlı amerikalı dəfn zamanı dirildi
11 Mart 2014 Çərşənbə Axşamı 00:58
Balzamlaşdırma öncəsi meyit qəfildən tərpənməyə başlayıb və kəskin hərəkətlər edərək ayılıb.
78 yaşlı amerikalı Uolter Uilyamsın nəbzi dayandıqdan onu ölü sayıblar və kişini dəfn bürosuna gətiriblər.
ANS PRESS-in məlumatına görə, Amerikanın Missisipi ştatının Leksinqton şəhərinin dəfn bürosunun işçiləri kişini balzamlaşdırmağa hazırlaşıblar. Lakin meyit qəfildən tərpənməyə başlayıb və kəskin hərəkətlər edərək ayılıb.
Dəfn bürosunun işçilərinin dediyinə görə, Uolter Uilyams dirilməsinə və bu dünyaya qayıtmasına həddindən artıq sevinib. Ehtimal edilir ki, pensiyaçının nəbzinin müvəqqəti dayanması ona quraşdırılmış kardiostimulyatorun sıradan çıxması ilə bağlı olub.
DOSTLARINLA PAYLAŞ: