78 nəfərin ölümünə səbəb olan maşinist xəstəxanadan buraxıldı
28 İyul 2013 Bazar 10:52
İspaniyada baş verən dəmiryol qəzasında yaralananlardan 31-nin vəziyyəti ağırdır
İspaniyaada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanlardan 71-i hələ də xəstəxanadadır. Onlardan 3-ü uşaq olmaqla, 31 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir. Santyaqo-de-Kompostela şəhərində dəmiryol qəzası 78 nəfərin həyatına son qoyub.

Qəzaya uğrayan qatarın maşinisti Françisko Xose Qarson artıq xəstəxanadan buraxılıb və ilkin həbs kamerasına keçirilib. İspaniyanın daxili işlər naziri Xorxe Fernandes bildirib ki, maşinistə qarşı ehtiyatsızlıqdan adam öldürmək maddəsi ilə ittiham irəli sürülüb. Maşinist isə ifadə verməkdən imtina edir. O, yalnız hakimin iştirakı ilə ifadə vermək hüququndan istifadə edib. Maşinistin dindirilməsi, ən tez, sabah baş tuta bilər.

Qəzanın baş verdiyi Qalisiya muxtar vilayətində isə 7-günlük matəm elan edilib.

İspaniya hökuməti isə hələlik qəzanın səbəblərini qiymətləndirməkdən yayınır. Xatırladaq ki, sərnişin qatarı dəmiryol xəttinin sözügedən ərazisində yolverilən sürətdən 2 dəfə çox sürətlə hərəkət edərək, döngədə aşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar