77 adamı qətl etmiş terrorçu universitetə sənəd verib
30 İyul 2013 Çərşənbə Axşamı 22:18
Anders Breyvik Oslo universitetində politologiyanı öyrənmək istəyir.
Norveç terroristi Anders Breyvik Oslo universitetində politologiya oxumaq istəyir və bunun üçün sənədlərini universitetə təqdim edib. ANS PRESS «Local»a istinadən bildirir ki, politologiya fakültəsinin bir neçə müəllimi artıq Breyvikə dərs keçməkdən imtina edirlər. Ancaq rektor Ole Petter Ottersenin sözlərinə görə, universitet onun ərizəsinə baxacaq. Breyviki həbs olduğu «İla» təcridxanasının rəisi Knut Byarkeyd onun bu qərarını dəstəkləyir. Amma Breyvik universitetə girərsə, onun dərslərə necə gedəcəyi bəlli deyil.
22 iyul 2011-ci il tarixdə Breyvik Norveç paytaxtının hökumət məhəlləsində partlayış törədib, nəticədə səkkiz adam ölüb. Daha sonra o, Norveçin Uteyya adasında Norveç İşçi Partiyasının gənclik düşərgəsini gülləbəran edib və orada 69 adam ölüb. Breyvikə 21 il iş kəsilib. O, müsəlmanlara xüsusi nifrəti ilə seçilir.
DOSTLARINLA PAYLAŞ: