2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqində baş vermiş təbii fəlakət nəticəsində təxminən 76 min avtomobil sıradan çıxmışdır.
AzərTAc xəbər verir ki,Yaponiya KİV-lərinin yaydığı məlumata əsasən, 2011-ci il martın 11-də ölkənin şimal-şərqində baş vermiş təbii fəlakət nəticəsində təxminən 76 min avtomobil sıradan çıxmışdır.Ətraf Mühit Nazirliyinin yaydığı məlumatda bildirilir ki, cari il iyulun 11-dək Miyaqi, İvate və Fukusima prefekturalarından təxminən 72 min sıradan çıxmış avtomobil gətirilmişdir. Həmin avtomobillərin 62 faizi artıq məhv edilmişdir. Bu proses davam etdirilir.Eyni zamanda, “Fukusima-1” Atom Elektrik Stansiyasının operatoru “Tokyo electric power Co.” şirkəti qəzalı stansiyanın ətrafındakı qadağan edilmiş sahədə üç minədək avtomobilin olduğunu bildirmişdir.