72 saata 150 adam öldürülüb
03 Dekabr 2010 Cümə 18:20
Nigeriyada hərbçilər qiyamçıların liderinin axtarışı ilə bağlı reydlər keçirir
Nigeriya Silahlı Qüvvələri qiyamçıların liderinin axtarışı ilə bağlı keçirdikləri reydlər zamanı son 3 gündə 150 nəfəri qətlə yetirib. Bu barədə hüquq müdafiəçiləri məlumat yayıb. Humanitar missiya reydlərin keçirildiyi rayona buraxılmır. Nigeriya Silahlı Qüvvələri dinc sakinlər arasında qətlə yetirilənlərin olması barədə məlumatları şərh eməkdən imtina edir.

Hərbçilərin daha əvvəl yaydıqları məlumatda reydlərin keçirildiyi ərazilərdə silahlıların 3 düşərgəsi və çoxlu sayda silah-sursat aşkarlandığını bildirilir.

Qeyd edək ki, Niger çayı deltasının azadlığı uğrunda Hərəkat müntəzəm olaraq neft hasilatı sahəsində çalışan xarici şirkətlərin işçilərinə hücum çəkir. Silahlılar yerli əhalinin və təbii ehtiyatların istismarına son qoyulmasını tələb edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar