70 yaşlı mer seks-qalmaqalda!
24 Avqust 2013 Şənbə 13:15
Onlarla qadın San-Dieqo şəhərinin merini seksual təhriketmədə günahlandırıb.
Amerika Kaliforniya ştatının San-Dieqo şəhərinin meri istefaya gedib. ANS PRSS-in Reuters agentliyinə istinadən verdiyi məlumata görə, 70 yaşlı Bob Filner adının çoxsaylı seks-qalmaqallarda hallandığına görə istefaya getməli olub. Dünən bələdiyyə şurası yekdilliklə eks konqresmenin istefasını dəstəkləyib.

Son bir neçə həftədə onlarla qadın Bobu seksual təhriketmədə günahlandırıb. Bir ay əvvəl Bob Filner mətbuat konfransında o, qadınlara qarşı lazımı hörmət göstərmədiyini etiraf edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar