70 milyon Türkiyə vətəndaşının şəxsi məlumatları oğurlanıb
27 İyul 2010 Çərşənbə Axşamı 17:20
70 milyon Türkiyə vətəndaşının şəxsi məlumatları oğurlanıb. Polis 8 aylıq əməliyyatdan sonra 15 nəfəri həbs edib.
Türk polisinin həyata keçirdiyi əməliyyat nəticəsində 70 milyon nəfərə aid məlumatları qeyri-qanuni yollarla ələ keçirmiş dəstə yaxalanıb. 15 nəfərdən ibarət dəstə rəsmi və qeyri rəsmi qurumların informasiya bazalarına daxil olaraq vətəndaşların şəxsiyyətinə dair məlumatları, ev ünvanlarını və telefon nömrələrini ələ keçiriblər. Toplanmış informasiyaları “adres proqramları”, “telefon proqramları” formasında hüquq şirkətlərinə satan dəstə üzvləri 8 aylıq əməliyyatdan sonra həbs ediliblər. Polis eyni zamanda Türkiyənin müxtəlif bölgələrində həyata keçirdiyi əməliyyatda 3-ü qadın olmaqla 15 nəfərlik dəstənin bütün üzvlərini həbs edib. Əməliyyat zamanı 70 milyon Türkiyə vətəndaşı barədə məlumatların saxlanıldığı 16 hard disk, 11 noutbuk, 16 telefon, 20 flash disk, 82 CD və DVD ələ keçirilib.
Dəstə üzvlərinin bu cür məlumatların satışından 3milyon lira (1.6 milyon manat) qazandıqları bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: