70-ə yaxın avtoritet tutuldu
16 İyul 2014 Çərşənbə 12:52
Moskva polisi cinayətkar qruplara qarşı xüsusi əməliyyat keçirib.
Moskvada kriminal avtoritetlərin “sxodka”sına polis basqını olub. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi açıqlama verib.
DİN-nin məlumatına görə, ötən gecə Moskvanın şərq hissəsində keçirilən xüsusi əməliyyat zamanı 70-ə yaxın cinayətkar qrupun üzvü tutulub.
“Müxtəlif cinayətkar qrupların 68 üzvü Moskvanın şərqində yerləşən obyektlərindən birində toplantı keçirib. Polis həmin toplantıya basqın edib və onların hər biri saxlanılıb”, deyə açıqlamada bildirilir.
Toplantını 31 yaşlı Tacikistan vətəndaşının təşkil etdiyi bildirilir. Onun adı 10-dan artıq cinayət işində hallanır.
DOSTLARINLA PAYLAŞ: