7 tondan artıq narkotik vasitə daşıyan gəmi saxlanılıb
31 Avqust 2013 Şənbə 11:14
Narkotik qaçaqmalçıları gəmi vasitəsi ilə narkotik vasitələri Pakistandan İranın Buşəhr əyalətinə oradan da Küveytə aparmaq niyyətində olublar.
İranın Hörmuzqan əyalətinin Bəndər Lengə şəhəri sahillərində külli miqdarda narkotik maddə daşıyan gəmi saxlanılıb. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı "iribnews" məlumat verir.
Məlumata əsasən, narkotik qaçaqmalçıları gəmi vasitəsi ilə 7 tondan artıq çəkisi olan narkotik vasitələri Pakistandan İranın Buşəhr əyalətinə oradan da Küveytə aparmaq niyyətində olublar.
Gəmidən 5 780 kiloqram narkotik vasitə - tiryək, 1469 kiloqram narkotik vasitə - həşiş və 136 kiloqram narkotik vasitə - heroin müsadirə olunub.
Gəminin kapitanı və daha altı nəfər həbs olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.
DOSTLARINLA PAYLAŞ: