7 nazir istefa verdi
21 İyul 2014 Bazar Ertəsi 13:41
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bazar ertəsi fövqəladə brifinq keçirib.
ANS PRESS-in məlumatına görə, baş nazir brifinqdə yeddi nazirin istefasını bəyan edib.
Kadr dəyişiklikləri Gürcüstan mədəniyyət naziri və abidələrinin mühafizəsi naziri Quram Odişariya, ətraf mühitin mühafizəsi və təbiət resursları naziri Xatunu Qoqaladze, qaçqın və məcburi köçkünlər üzrə nazir David Daraxvelidze, kənd təsərrüfatı naziri Şalva Pipiya, regional inkişaf və infrastruktur naziri Elqudju Xorrişvili, cəza tətbiqi naziri Sozar Subari və diasporlarla iş üzrə dövlət naziri Konstantin Surquladzeyə şamil edilib.
Baş nazirin sözlərinə görə, Subari qaçqın və məcburi köçkünlərlə iş üzrə nazir vəzifəsini tutacaq. Xokrişvili isə ətraf mühit və təbiət resursları nazirliyinə rəhbərlik edəcək.
DOSTLARINLA PAYLAŞ: