7 milyon dollar dəyərində viski müsadirə olunub
10 Avqust 2010 Çərşənbə Axşamı 17:50
Qaçaqmal Fars körfəzi ölkələrinə aparılırmış.
Küveytin gömrük orqanları spirtli içkilərin satışının və istifadəsinin qadağan edildiyi Fars körfəzi ölkələrinə aparılan 37 min şüşə viskini müsadirə edib. “The Australian” qəzetinin yazdığına görə, qiyməti 7 milyon dollar olan viski partiyası Dubaydan ixrac olunan keramika konteynerlərinin içərisində gizlədilibmiş.
Küveyt polisi isə qaçaqmal aparan şəxslərin artıq həbs olunduğunu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: