69 gün yerin atında qalan şaxtaçının təəssüratları
19 Oktyabr 2010 Çərşənbə Axşamı 00:05
"Qollarımı açaraq sevgilimin vücudunu axtardım, qoxusuna ehtiyac duydum".
69 gün yer altında qalan Çili şaxtaçılarından biri Osman Araya ölümlə apardığı mübarizənin təəssüratlarını açıqlayıb. Araya 69 gün müddətində daim sevgilisi Angelika haqqında düşündüyünü deyib: “Qollarımı açaraq sevgilim Angelikanın vücudunu axtardım. Qoxusuna ehtiyac duydum. Yanlış başa düşməyin, cinsi yaxınlıq yox, sevgisinə ehtiyac duydum”.
Yerin altından çıxdığı andan sevgilisinə sarılmaq istədiyini deyən Araya onu gözlədiyinə görə, Angelika ilə qürür duyduğunu söyləyib.
Qəzadan sonra evdən çıxarkən Angelikanın ona "ehtiyatlı ol" deməsini xatırlayan Araya sağ qalmaq üçün dua etdiyini, hər an sevgilisi və uşaqları üçün üçün yaşamaq məcburiyyətində olduğunu düşündüyünü deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: