64 nəfər qar uçqunu altında qalıb
09 Fevral 2010 Çərşənbə Axşamı 20:25
Bədbəxt hadisə Əfqanıstanda baş verib. 64 nəfər qar uçqunu altında qalıb.
Əfqanıstanın dağ dərəsində baş verən qar uçqunu nəticəsində 24 nəfər ölüb, daha 40 nəfər isə itkin düşmüş hesab edilir. Əfqanıstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qar uçqunu Hindiquş dağlarında baş verib.

Əvvəllər təbii fəlakət nəticəsində 28 nəfərin öldüyü bildirilirdi.

Bundan əlavə, qar uçqunu nəticəsində Əfqanıstan paytaxtı Kabili ölkənin şimalı ilə birləşdirən Salanq tunelinin girişi bağlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar