62 yaşlı qadın əkiz dünyaya gətirdi
12 May 2010 Çərşənbə 17:05
İxtisasca həkim olan qadın süni mayalanma ilə hamilə qalıb.
Bolqarıstanda qeyri-adi hadisə baş verib. 62 yaşlı qadın əkiz qız uşağı dünyaya gətirib. Plevna şəhərinin sakini olan psixiatr-həkim Krasimira Dimitrova süni mayalanma ilə hamilə qalıb və körpələri qeysəriyyə üsulu ilə dünyaya gətirib. Meri və Jaklin adı verilən körpələr 500 və 900 qram çəkidə olduqları üçün bir müddət həkim nəzarətində saxlanılacaq.

Doğuma girməmişdən öncə təqaüdə çıxan ana jurnalistlərə açılamasında əvvəll övladlığa uşaq götürmək istədiyini qeyd edib. "Amma illərlə bürokratik əngəllərlə mübarizə aparmışam. Nəhayət yoruldum və süni mayalanma ilə hamilə qalmağı qərara aldım", - deyə 62 yaşlı ana bildirib.

Dimitrova bundan sonrakı həyatını əkizlərə baxaraq keçirəcəyini deyib: "Çox xoşbəxt və qürurluyam". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar