60 milyard dollarlıq saziş
08 Fevral 2010 Bazar Ertəsi 21:55
60 milyard dollarlıq saziş. Çin Avstraliyaya ildə 33 milyon ton kömür ixrac edəcək
Çinin “China Power International Development Ltd” şirkəti kömür tədarükünə dair Avstraliyanın “Resourcehouse Ltd” şirkəti ilə müqavilə imzalayıb. Razılaşmanın şərtlərinə əsasən, Çin il ərzində 33 milyon ton həcmində 3 milyard dollarlıq kömür ixrac edəcək. 2014-cü ildə qüvvəyə minəcək saziş 20 ilmüddətinə nəzərdə tutulub.

"China Power International Development Ltd.” Çinin ən iri enerji tədarükçüsü "China Power Investment Corporation”ın Honkonqda fəaliyyət göstərən bölməsi hesab olunur. Şirkət dövlətə məxsusdur və Çinin 27 əyalətində elektrik enerjisinin yaradılması, təminatı və xidməti işləri ilə məğul olur.

Qeyd edək ki, Çin dünyada ən iri kömür istehsalçısı və istehlakçısı hesab olunur. Son vaxtlar ölkə idxal etdiyi neft və qazın hesabına yandırılmış kömürün istifadə payını azaltmağa çalışır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar