6 milyard $ zərəri gizlədən maliyyəçi tutulub
27 Avqust 2013 Çərşənbə Axşamı 20:38
“JPMorgan” maliyyə şirkətinin keçmiş işçisi sərmayəçiləri bilərəkdən aldadıb.
“JPMorgan” maliyyə şirkətinin keçmiş işçisi Havyer Martin-Artaxo ispan polisi tərəfindən tutulub. ANS PRESS BBC-yə istinadən bildirir ki o, şirkətin Londondakı çox milyardlı itikiləri ilə bağlı tutulub.

49 yaşlı kişi ticarət əməliyyatlarında 6,2 milyard dollar təşkil edən zərərin gizlədilməsi ilə bağlı ABŞ-da axtarışdadır. İspan polisinin məlumatına görə o, Madriddə tutulub. Polislərin onun yerini bildikdən son təslim olmağı təklif ediblər.

İş üzrə həmçinin Julyen Qru və istintaqla anlaşma bağlamış “London kiti” ləqəbli Bruno İksilin adın gedir, amma İksilə ittiham təqdim edilməyəcək. Prokuraturanın məlumatına görə, şirkətin keçmiş iki treyderi Havyer Martin-Artaxo və Julyen Qru bilərəkdən zərərin artmasını gizlədiblər və sərmayəçiləri aldadıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar