6 mədənçi torpaq altından sağ çıxarıldı
14 May 2014 Çərşənbə 12:29
Türkiyədə mədən qəzasından 18 saat sonra 6 mədənçi torpaq və dağıntılar altından çıxarılıb.
ANS PRESS-in məlumatına görə, mədəndən sağ çıxarılan fəhlələr təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar.
Əraziyə 400-dən çox xilasedici cəlb edilib. Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız ən böyük qorxularının ölü sayının çoxalması olduğunu vurğulayıb.
Xatırladaq ki, ötən gün Türkiyə Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yarnmış qısaqapanmanın səbəb olduğu bildirilir. Qəza, növbə dəyişimi vaxtı baş verdiyindən hadisə zamanı mədəndə iki qat çox fəhlə olub. Onların karbon monoksid qazından zəhərləndikləri bildirilir.
Qeyd edək ki, trasfarmatorun yanması nəticəsində mədəndə elektrik enerjisi kəsildiyindən xilasedicilər böyük çətinliklərlə üzləşiblər. Ölənlərin sayının 201-ə çatdığı deyilir.
DOSTLARINLA PAYLAŞ: