6 idmançı həbs olundu
18 Fevral 2010 Cümə Axşamı 19:20
Türkiyəli futbolçular qanunsuz mərclərdə iştirak etməkdə şübhəli bilinir
Türk polisi bu gün Diyarbəkirdə 6-sı futbolçu olmaqla, 12 nəfərin həbsi ilə nəticələnən əməliyyat keçirib.
“Türkcell Super Liqası”nda oynayan “Qaziantepspor”un iki futbolçusu, “Bank Asya 1-ci Liqası”nda oynayan “Qaziantep Böyükşəhər Bələdiyyəspor”un isə dörd futboçusu polis tərəfindən saxlanılıb. Uzun müddətdir müşahidə altında olan idmançılar qanunsuz mərclərdə iştirak etməkdə şübhəli bilinirlər.
Polis məsələnin araşdırılması üçün futbolçulara məxsus olan kompüterləri də müsadirə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: