6-cı mərtəbədən yıxılan 1 yaşlı uşaq sağ qaldı
16 İyul 2010 Cümə 20:25
Körpənin yerə düşdüyünü görən qapıcı onu göydə yaxalayıb.
Türkiyənin Antalya bölgəsində bir yaşlı körpənin həyatı təsadüf nəticəsində xilas olunub. 15 mərtəbəli binanın 6-cı mərtəbəsində dəmir barmaqlıqlardan kiçik bir uşağın sallaşdığını görənlər binanın qapıcısına xəbər veriblər. Həmin mənzilə zəng etmək cəhdləri uğursuzluqla nəticələnən qapıcı pəncərənin altında gəlib və bu zaman körpə eyvandan yıxılıb. Uşağı göydə yaxalayan qapıcı onu yerdəki otun üzərinə qoyub. Körpəyə ilkin olaraq yaxınlıqdakı əczaxananın əməkdaşları tərəfindən yardım edilib və ambulansla xəstəxanaya çatdırılıb.
Müayinədən sonra Ahmet Ege Bulut adlı körpənin qolunun sındığı məlum olub. Körpənin həmin vaxt evdə xalası ilə birlikdə olduğu, onun yuxuya getməsindən istifadə edərək eyvana çıxdığı müəyyən edilib. Uşağın həyatını xilas edən qapıcının qolu zədələnib. Baş verən hadisədən şoka düşən qapıcı körpəni xilas edə bildiyi üçün çox sevincli olduğunu söyləyib. anspress
DOSTLARINLA PAYLAŞ: