6,2 milyon dollarlıq almaz daş tapılıb
27 Fevral 2014 Cümə Axşamı 23:23
Kono mədənində tapılmış almaz 153,44 karat ağırlığındadır.
Syerra-Leonedə çəkisi 153,44 karat ağırlığında almaz tapılıb.
ANS PRESS-in məlumatına görə, ölkənin təbii sərvətlər üzrə milli agentliyinin fikrincə, bu son 10 ildə bu ölkədə tapılmış ən yaxşı daşlardan biridir.
Bildirilir ki, daşın qiyməti 6,2 milyon dollara qədər çata bilər. Beynəlxalq standartlara görə, tapılmış daşın rəngi «həddindən ağdır +» (D+). Həm də qeyd edilir ki, bu, Kono mədənində tapılmış ən böyük almazdır, keçən il 125 karat ağırlıqlı daş tapılmışdı. Ancaq ən iri daş 1972-ci ildə tapılmış «Syerra-Leone ulduzu»dur (969,8 karat).
Syerra-Leone Qərbi Afrikada yerləşən ən yoxsul ölkələrdən biridir, amma burada almaz, qızıl və titan çıxarılır.
DOSTLARINLA PAYLAŞ: