Kişi tülkünü əli ilə bəsləyir.
Türkiyədə qəbirsanlıqlardan birində qəribə hadisə olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 53 yaşlı gözətçi Adnan Ekinci, hər gecə qəbirsanlığa gələn tülkünü 6 aydır əliylə bəsləyir.
Belə ki, 4 uşaq atası olan Adnan Ekinci, ötən ilin aprel ayında məzarların arasında gəzən kiçik tülkü balası görüb. Tülküyə ət atıb. Lakin tülkü meşəyə qaçıb. Lakin sonradan tülkü həmin əti yeyib. Bir həftə sonra həmin tülkü balasını yenə görən gözətçi, ona uzaqdan yemək verməyə başlayıb. Ona alışan tülkü 6 aydır hər gecə saatlarında gözətçinin yanına gəlir. İnsanlardan qaçan tülkü Ekincinin əlindən bişmiş toyuq əti, yaxud sosiska yeyir. “Hiyləgər” doyduqdan sonra meşəyə qaçıb, normal həyatına qayıdır.