5 yaşlı uşaq daşlaşır
16 Noyabr 2009 Bazar Ertəsi 11:30
Buna səbəb, onun dərmana olan allergiyasıdır
İngiltərədə yaşayan 5 yaşlı uşağın hüceyrələri daşlaşır. Castleford qəsəbəsində yaşayan Lilley adlı qızcığaz böyrək çatışmazlığı ilə dünyaya gəlib. Amma bu onun mübarizə aparmalı olduğu yeganə xəstəlik olmayıb. Belə ki, onun qəbul etməli olduğu dərmanların tərkibində olan sisitein protein maddəsinə allergiyası var. Nadir görülən allergiya artıq azyaşlının səhhətində fəsadlarını biruzə verməyə başlayıb. Onun hüceyrələri yavaş-yavaş kristallaşıb, sərtləşməyə başlayıb.

Beş yaşında olmasına baxmayaraq, 1 yaşındakı kimi görünən Lilley artıq gəzməkdə çətinlik çəkməyə başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar