5 yaşlı qız ana oldu
03 Avqust 2013 Şənbə 11:36
Qız övladının atasının adını açıqlanmır.
Tibb tarixində ən cavan ana – Peru sakini Lina Medinadır. Publika.az-ın məlumatına görə, qız 1933-cü ilin 27 sentyabrında dünyaya gəlib və artıq uşaq ikən ana olub. O, 5 yaş, 7 aylığında dünyaya uşaq gətirib.



Hadisə belə olur: Valideynləri beş yaşlı Linanı xəstəxanaya gətirirlər. Onlar qızlarının qarın nahiyəsinin böyüməsindən narahat idilər. Əvvəl-əvvəl güman edilirdi ki, qızda şiş var. Ancaq müayinədən sonra aydın olur ki, uşaq hamiləliyin yeddinci ayındadır. Həkim Xerardo Lozada gələcək ananı paytaxt Peruya aparır ki, digər mütəxəssilər də faktı təsdiqləsinlər.

Ay yarımdan sonra 1939-cu ilin 14 mayında Lina oğlan uşağını qeysəriyyə yolu ilə dünyaya gətirir. Çanaq sümüyü yaxşı inkişaf etmədiyindən uşaq təbii yolla dünyaya gətirilə bilməzdi, odur ki, əməliyyat qaçılmaz idi. Cərrahiyyəyə həkim Lozada Bussleu başçılıq edirdi, anesteziyaya görə isə həkim Kolretta məsuliyyət daşıyırdı.



Yeni doğulmuş körpənin çəkisi 2,7 kq təşkil edirdi. Onun adını həkimin şərəfinə Xerardo qoyurlar. Körpə böyüdükcə ona Linanın qardaşı olduğunu söyləyirdilər. Linanın onun anası olduğunu uşaq doqquz yaşı olanda öyrənir.

Ən gənc ananın oğlu sağlam böyüyürdü. Lakin o, 1979-cu ildə (40 yaşında) beyin sümüyünün xəstəliyindən vəfat edir. Linanın necə hamilə qalması sənədləşdirilmir. Qız heç vaxt övladının atasının adını açıqlamır. Lina bütün müsahibələrdən imtina edirdi.

Məlumdur ki, Medina sonralar Raule Cerardo adlı gəncə ərə gedir. İkinci övladını Lina 1972-ci ildə dünyaya gətirir. Ailə Limanın kasıb rayonunda yaşayırdı. Bura həmçinin, “Chicago Chico” ( “Kiçik Çikaqo”) adı ilə də məşhurdur.

Keçən əsrin 30 –cu illərində Linanın atasını qızını zorlamaqda ittiham edirək həbs edirlər. Lakin polislər zorlama faktını sübut edə bilmirlər. 1934-cü ildə isə 6 yaşlı başqa uşaq hamilə qalır. Belə faktlar təəssüf ki, barmaqla sayılan olsa da, mövcuddur.



Tarixdə çox yaşlı vaxtında ana olanlar da var. Planetin ən yaşlı anası Hindistandan olan 70 yaşlı Omkari Panvardır. 2008-ci ilin iyulunda o, əkiz uşaq dünyaya gətirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar