5 tonluq qaya evin içinə düşüb
18 Oktyabr 2010 Bazar Ertəsi 20:30
Ev sahibi qayanın otaqdan çıxarılması üçün bələdiyyədən yardım istəyib
Türkiyənin Bolu əyalətinin Mudurnu mahalında yağan leysan yağışların təsirindən dağ yamacından qopan 5 ton ağırlığında qaya parçası İsmail Aydın adlı şəxsin evinin divarını yıxaraq otağa düşüb. Xoşbəxtlikdən hadisə zamanı evdə heç kim olmayıb. Ev sahibi həmin ərəfədə bazarlıq etmək üçün evdən çıxdığını bildirib.

"Axşam evə qayıdanda, qapını açmağa çalışdım. Qapı açılmadığından pəncərədən otağa baxanda evin içində böyük bir qaya gördüm” deyən ev sahibi qayanın otaqdan çıxarılması üçün bələdiyyədən yardım istəyib. Bələdiyyədən isə bildirilib ki, qayanın həcmi böyük olduğundan onu içəridən çıxarmaq çətin olacaq.

İsmail Aydının yaşadığı ərazidən başqa yerə köçürüləcəyi istisna etmir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar