5 dollara Marsa getmək üçün sabah son gün
30 Avqust 2013 Cümə 22:06
Marsa səfər etmək üçün 165 min müraciət edilib.
“Mars One” şirkəti 2023-cü ildə “Qızıl planet“ kimi tanınan Marsa uçuş təşkil edəcək. Səyahət üçün 165 minədək müraciət edilib. 31 avqustda (sabah) bitəcək müraciətlər ümumilikdə 140 ölkədən edilib. Onların arasında Çin və ABŞ-dan göndərilən ərizələr çoxluq təşkil edirlər. Kanadadan 7 min nəfər səfər turunda iştirak etmək üçün müraciət ünvanlayıb.

Siyahıda 11 nəfər Türkiyə vətəndaşının adları da var. Ötən il başladılan kampaniyaya iddiaçılar arasından 4 kişi və 4 qadın seçiləcək. Səyahətçilərə Yerə qayıtmaq üçün bilet verilmir. Biletlərin qiyməti isə 5-75 dollar arasında dəyişir. Səyahət edəcək 8 nəfərin seçimi isə televiziya şoularındakı tamaşaçılar tərəfindən seçiləcək.

6 milyard dollar büdcəsi olan layihənin əsas məqsədi 2016-cı ildə kosmos vasitələrinin inşasına başlamaq və bu işi 2022-ci ildə tamamlamaqdır. Müracit edənlərin içərisində 40 nəfər könüllü müxtəlif qruplara bölünərək 2015-ci ildən 7 illik təhsil keçəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar