46 il hamilə qalan qadın daş doğdu
21 Dekabr 2009 Bazar Ertəsi 03:05
Əməliyyatdan qorxan qadın daha sonra xəstəxanadan qaçıb və hamilə qaldığını da unudub
Fasın Kazablanka şəhərində 1955-ci ildə hamilə qalan qadın yuxulayaraq daşa dönmüş körpə dünyaya gətirib. Məlumata görə, Zəhra Əbu Talib ilk dəfə 1955-ci ildə hamilə qalıb və körpəsini keysəriyyə yolu ilə dünyaya gətirmək üçün xəstəxanaya çatdırılıb. Əməliyyatdan qorxan qadın daha sonra xəstəxanadan qaçır və hamilə qaldığını da unudur. Buna səbəb isə yerlilərin, anasının ləyaqətini qorumaq istəyən körpələrin yuxuya getməsi istiqamətindəki mistik inanc olub. Zəhra Əbu Talib 3 uşağı özünə övladlıq götürür və onları böyüdür.
İllər sonra qarnında sancılar hiss edən 75 yaşlı faslı qadın həkimə müraciət edir və onun qarnında mahiyyəti bilinməyən kütlə aşkarlanır. Mütəxəssislərin araşdırmasından sonra bunun 46 il əvvəl ana bətninə düşmüş körpə olduğu aşkarlanır. Həkimlər keçirdikləri əməliyyatla artıq daşa dönmüş körpəni ana qarnından çıxarırlar. Həkimlər hesab edir ki, körpə öldüyü vaxt ananın qanına hər hansı bir infeksion xəstəlik keçməməsi üçün onun üzəri əhənglə örtülüb və əhəngli plasenta zaman keçdikcə daşlaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: