438 Ukrayna hərbiçisi Rusiyaya sığındı?
04 Avqust 2014 Bazar Ertəsi 15:22
438 Ukrayna hərbiçisinin Rusiyaya sığındığı iddia edilib. Bu iddia ilə Rusiya Federal Təhlükəsizlik Xidməti çıxış edib.
438 Ukrayna hərbiçisinin Rusiyaya sığındığı iddia edilib. ANS PRESS-in məlumatına görə, bu iddia ilə Rusiya Federal Təhlükəsizlik Xidməti çıxış edib. Məsələ ilə əlaqədar açıqlama verən FTX Rostov bölgə nümayəndəsi Vasiliy Malayev ukraynalı əsgərlərə təhlükəsizlik dəhlizi açdıqlarını deyib.

O bildirib ki, hərbiçilərin Rusiyaya keçmələrinə icazə verilib: "Gecə 438 Ukrayna hərbiçisi sərhəddimizə gələrək sığınmaq üçün bizə müraciət edib".

Qeyd edək ki, ötən günlərdə 10-dan çox Ukrayna əsgərinin Rusiyaya sığındığı bildirilmişdi. FTX ötən ay 40 Ukrayna əsgərinin Rusiyaya sığındığını açıqlamış, lakin bu iddia Ukrayna tərəfindən təkzib edilmişdi.

Hazırda Ukraynanın şərqində təhlükəsizlik gücləri ilə Rusiya tərəfdarı qüvvələr arasında qarşıdurmalar davam edir. Bölgədə döyüşən hərbiçilərlə yanaşı, vətəndaşlar arasında da ciddi itkilər olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar