400 min insan əl-ələ tutdu
12 Sentyabr 2013 Cümə Axşamı 02:03
Marşlarını söyləyərək müstəqillik şüarları səsləndirən vətəndaşlar Madriddən referendum keçirilməsini tələb edir.
İspaniyanın Kataloniya muxtar vilayətində 400 min kataloniyalı əl-ələ verərək insan zənciri yaradıblar. ANSPRESS-in “Euronews”a istinadən verdiyi xəbərə görə, yerli sakinlər “Diada” adlı katalan günlərini qeyd edərkən müstəqil olmaq tələblərini hərəkətlərlə nümayiş etdiriblər.

Ən maraqlısı odur ki, katalan gününə yığışan isnanlar bölgənin Fransa ilə həmsərhəd olan ən şimal nöqtəsindən, cənubdakı Valensiyaya qədər əl-ələ tutaraq böyük zəncir yaradıblar.

Marşlarını söyləyərək müstəqillik şüarları səsləndirən vətəndaşlar Madriddən referendum keçirilməsini tələb edir. Madrid hökuməti isə konstitusiyada belə bir referendum keçirilməsinə dair maddənin olmadığını əsas gətirərək onların istklərinə müsbət yanaşmır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar