400 məhbus həbsxanadan qaçıb
15 Aprel 2012 Bazar 10:46
Pakistanda təcridxanaya basqın edilib.
Pakistanda 400 məhbus həbsxanadan qaçıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, ölkənin şimal-qərbindəki Bannu şəhərində təcridxanadan kütləvi qaçış ora olan hücumdan sonra qeydə alınıb.
Minaataanlarla və odlu silahlarla silahlanmış döyüşçülər mühafizə xidməti ilə atışmaya başlayıblar. Nəticədə hər iki tərəfdən onlarla insan yaralanıb.
Hücum faktını Pakistan polisndəki yüksəkrütbəli mənbədə "Reuters"ə təsdiqləyib.
Pakistanın "The News" qəzetinin məlumatına görə, baş ermiş hadisə nəticəsində həbsxanada demək olar ki heç kim qalmayıb. Hərbçilər vəziyyəti nəzarət altına almaq üçün yerli polisin köməyinə gəliblər.
Qeyd edək ki, hələlik heç bir qruplaşma Bannu həbsxanasına basqına görə məsuliyyəti üzərinə götürməyib.
DOSTLARINLA PAYLAŞ: