400 illik yuxudan sonra oyanış
29 Avqust 2010 Bazar 14:45
İndoneziyanın Sumatra adasında yerləşən Sinabunq vulkanı püskürməyə başlayıb.
İndoneziyada son 400 ildə yatmış vulkan püskürməyə başlayıb. İndoneziyanın Sumatra adasında yerləşən Sinabunq vulkanının fəallaşması 12 min insanın öz evlərini tərk etməsinə səbəb olub. Vulkan yüzlərlə metr hündürlüyə kül və tüstü püskürməyə başlayıb.

İndoneziya rəsmiləri əvvəlcə Sinabunq vulkanının oyanmasına yağışların səbəb olduğunu fikirləşsələr də, daha sonra ərimiş dağ çuxurunun və bərk maddənin təzyiqi ilə vulkanın oyandığı qənaətinə gəlib. Qeyd edək ki, yüksək vulkanik və seysmik fəallığa malik olan İndoneziyada vulkan püskürməsi kifayət qədər çox rastlanan haldır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar