40 polis bir qıza qarşı
03 İyun 2013 Bazar Ertəsi 05:13
Ankarada 500 nəfər aksiya işitirakçısı həbs edildi.
Taksimdəki olaylara dəstək məqsədilə bu gün axşam saatlarında Ankarada keçirilən mitinqdə polislə aksiya iştirakçıları arasında qarşıdurma olub. Atatürk bulvarında yolu bağlayan qrupa polis su şırnağı və bibər qazı ilə müdaxilə edib.

Aksiya iştirakçıları polisə daşla cavab verib. Polislərə atılan daşlar yaxınlıqdakı obyektlərin, o cümlədən Rixos otelinin şüşələrini sındırıb. Bir polis maşını yandırılıb.

Qarşıdurma zamanı 500 nəfər həbs edilərək Ankara Polis İdarəsinin terrorizmlə mübarizə şöbəsinə aparılıb.

Bu arada sosial şəbəkələrdə Ankarada onlarla polisin bir nəfər qızı vəhşicəsinə döydüyünü əks etdirən video yayılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar