4 yaşlı Suri Kruzun kredi kartı
04 Dekabr 2010 Şənbə 05:25
Kiçik Kruz özünə aid hesabda olan pulu istədiyi kimi xərcləyə bilir
Hollivudun məhşur aktyorlarından olan Tom Kruz və həyat yoldaşı Keti Holms 4 yaşlı qızları Suri üçün kredi kartı hesabı yaradıb. Doğulduğu gündən bəri dünya mətbuatının maraq dairəsində olan Suri Kruz üçün ata-anası tərəfindən büdcə ayrılması onun indidən pulun qiymətini bilməsi məqsədini daşıyır. Məlumata görə kiçik Kruz özünə aid hesabda olan pulu istədiyi kimi xərcləyə bilir. Qeyd edək ki, bir müddət əvvəl Praqada valideynləri ilə birlikdə restoranda yemək yeyən Suri hesabı özü ödəyib və ofisantlara da yüksək məbləğdə çaypulu verib.
DOSTLARINLA PAYLAŞ: