4 sülhməramlı itkin düşüb
12 Aprel 2010 Bazar Ertəsi 23:10
BMT sülhməramlıları Sudanın Darfur əyalətində yoxa çıxıb
BMT və Afrika birliyi sülhməramlı missiyasının 4 əsgəri itkin düşüb. Missiyanın açıqladığı məlumatda əsgərlərin Sudanın Darfur əyalətində itkin düşdüyü bildirilir. Cənubi Darfurda hərbi hissəni tərk edən əsgərlər aprelin 11-də geri qayıtmalı olsalar da, onların harada olması barədə heç bir məlumat yoxdur.
Xatırladaq ki, Sudanda silahlı qarşıdurmalar 2003 ildən davam edir. BMT-nin hesablamalarına görə, hərbi toqquşmalar nəticəsində 300 minə yaxın adam həlak olub. Lakin Sudan hökuməti 10 mindən az adamın öldüyünü iddia edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: