376 milyon dollarlıq uşaq
08 İyul 2013 Bazar Ertəsi 13:43
İngiltərə şahzadəsi Uilyam və Keyt Mideltonun bu günlərdə doğulacaq körpəsi İngiltərə iqtisadiyyatına gəlir gətirəcək.
İngiltərə şahzadəsi Uilyam və Keyt Mideltonun bu günlərdə doğulacaq körpəsi İngiltərə iqtisadiyyatına gəlir gətirəcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, uşaq ölkə iqtisadiyyatına 376 milyon dollar qazandıracaq.

Bütün İngiltərə xalqının həsrətlə gözlədiyi uşaq bu ay doğulacaq. İki ay ərzində ingilislərin içki və oyuncaqlara xərcləyəcəkləri pulun artacağı gözlənilir.
Hazırlanan hesabata görə, ölkəyə gələn turistlərin də iqtisadiyyatın canlanmasında rolu olacaq.

"Majesty" jurnalı nə 1948-ci ildə şahzadə Çarlz, nə də 1982-ci ildə şahzadə Uilyamın doğuluşunun belə həyəcanla gözlənilmədiyini yazıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar