365 kiloqramlıq akula yaxalandı
24 Aprel 2014 Cümə Axşamı 08:12
29 yaşlı Polk bu akulanı sahilə çıxarmaq üçün 1 saat vaxt sərf edib.
ABŞ-da bir nəfər Florida sakini olan balıqçı Coui Polk nəhəng akula yaxalayıb. ANS PRESS-in məlumatına görə,hadisə Florida ştatının Milton şəhərində baş verib. Bu nəhəng balığın çəkisi nə az, nə çox 365 kiloqram olub. Təhlükəli akula-makonun uzunluğu 3 metrdən çox olub.

Əldə edilən məlumata görə, Meksika körfəzinin sahilində balıq tutan 29 yaşlı Polk bu akulanı sahilə çıxarmaq üçün 1 saat vaxt sərf edib. Bu akula bu sahildə tutulan ən nəhəng heyvan hesab edilir.

Balıqçı tutduğu akula ilə şəkil çəkdirməyi də unutmayıb.





DOSTLARINLA PAYLAŞ:

oyunlar