36 yaşlı qadın qəzadan sonra 22 yaşına qayıtdı
16 İyul 2013 Çərşənbə Axşamı 08:07
Beyin travması nəticəsində hafizəsini itirən qadın başından keçən hadisələri İngiltərənin “The Sun” qəzetinə danışıb.
İngiltərədə 2010-cu ildə avtomobil qəzası keçirdikdən sonra komaya düşən və beyin travması keçirən 36 yaşlı qadın oyananda özünü 22 yaşında zənn edib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 1 qız övladı da olan Kandes Emptej adlı qadın 1996-cı ildən sonrasını xatırlamayıb.
Həkimlər ağır yaralı halda xəstəxanaya gətirilən qadının öləcəyini söyləyiblər. Ancaq Kandes iki ay komada qaldıqdan sonra oyanıb.
Beyin travması nəticəsində hafizəsini itirən və hazırda 39 yaşında olan qadın başından keçən hadisələri İngiltərənin “The Sun” qəzetinə danışıb: “Qəzadan sonra xəstəxanada oyananda özümü 22 yaşında, yani 1996-ci ildə zənn edirdim. Ancaq ətraf gördüklərim məni şoka salmışdı. Anam qocalmışdı, saçlarını qısa kəsdirmişdi və geyim tərzi dəyişmişdi. Atamın əlində bir cihaz var idi və dayanmadan onunla oynayırdı. Bunun “iPhone” olduğunu dedilər. Yetişkin bir qız uşağı isə ətrafımda dolaşır və mənə ana deyirdi”.
Kandes həmin vaxt Şahzadə Diananın da həyatta olduğunu düşündüyünü deyib.
Qeyd edək ki, hazırda Kandesin hafizəsi yerinə gəlib və o, qızı Meddiyi xatırladığı üçün xoşbəxt olduğunu bildirib.
DOSTLARINLA PAYLAŞ: