35 miqrant susuzluqdan öldü
28 Oktyabr 2013 Bazar Ertəsi 22:02
Əlcəzairə səfər edən 60 nəfər oradan Avropaya keçmək istəyib.
Onlarla afrikalı miqrant Niger ərizisində Böyük Səhranı keçərkən susuzluqdan dünyasını dəyişib. ANS PRESS “BBC”yə istinadən bildirir ki, bu barədə yerli hakimiyyətdən bildiriblər.
Nigerin şimalında yerləşən Aqades şəhərinin meri bildirib ki, Əlcəzairə səfər edən 60 yolçudan 35-i yolda ölüb. Onlar Əlcəzairə gedərək oradan Avropaya keçmək istəyiblər. Onlar Nigerin şimal-qərbində yerləşən Arlit şəhərindən iki avtomobilə Böyük Səhraya yola düşüblər. Yolda avtomobillərin biri xarab olub. Onun sərnişinləri səhraya yayılaraq itirilmiş ehtiyat hissələrini axtarmağa başlayıblar. Onlardan beşi Arlit şəhərinə qədər gedə bilib və hadisə barədə xəbər veriblər. Ancaq hərbçilər və xilasedicilər hadisə yerinə gələndə çox gec olub.
DOSTLARINLA PAYLAŞ: