35 milyon yaşlı nəhəng daş durna
18 Mart 2013 Bazar Ertəsi 08:48
Söhbət boyu 1,8 metrə çatan nəhəng pelikandan gedir.
Peru paleontoloqları sensasiyalı tapıntı əldə ediblər: ölkənin cənubunda 35 milyon il əvvəl yşamış qədim quşun daşlaşmış qalıqları tapılıb.
ANS PRESS yerli Peru mətbuatına istinadən bildirir ki, söhbət boyu 1,8 metrə çatan nəhəng pelikandan gedir. «Tapılan qalıqlarda hətta dəri izləri də saxlanıb. Bu sensasiyalı tapıntıdır vaəə dünyanın heç bir yerinə bunun oxşarı tapılmayıb», - deyə paleontoloq Klaus Henninqer bildirib.
Alimlər düşünür ki, bu quş növü 40 milyon il əvvəl başlamış və 23 milyon il əvvəl başa çatmış oliqosen dövründə yaşayıb.
DOSTLARINLA PAYLAŞ: