35 gün şirlə bir qəfəsdə
03 Avqust 2011 Çərşənbə 13:23
Ukraynalı Aleksandr Pılışenko Ginnes Rekordlar Kitabına düşmək niyyətindədir
Ukraynanın Zaporojye şəhərində Aleksandr Pılışenko adlı bir rəssam 35 gün müddətinə şirlə bir qəfəsdə yaşayacaq. ə girib. Qəfəsə əvvəlcə rəssam özü girib, dişi şir isə öz qəfəsindən yenisinə girməkdən imtina edib, lakin rəssam şirin çox sevdiyi plombir dondurması ilə onu razı sala bilib. Katya adı verilmiş şir qəfəsdə Aleksandrla özünü çox sakit aparır, kölgədə uzanıb onun yeni evi ətrafına toplaşan adamlara baxır. Aleksandr şirin bu yaxınlarda dünyaya bala gətirəcəyini və doğuş zamanı onu yaxına buraxacağına ümid etdiyini deyir.

Aleksandrın şirlə birlikdə 35 gün keçirəcəyi qəfəs yalnız ən lazımlı şeylərlə təchiz olunub - duş qəbul etmək üçün kabina, yağışdan qorunmaq üçün daldalanacaq və şirin yanında yatmaq üçün taxta yataq. Qəfəsdə həmçinin planlaşdırılmış realiti-şounu çəkmək üçün 3 kamera quraşdırılıb. Həm Aleksandra, həm də şirə yemək qəfəs boşluqlarından veriləcək. Əgər Aleksandr şirlə qəfəsdə 35 gün qalmağa nail olsa, o, Ginnesin Rekordlar Kitabına düşəcək. Bu vaxtı isə rəssam rəsm əsərləri çəkməyə və hər gün onun yanına gəlməyə söz vermiş dostları ilə ünsiyyətə sərf edəcək.





DOSTLARINLA PAYLAŞ:

oyunlar