34 qramlıq sevgi
07 Yanvar 2012 Şənbə 13:34
Qeyri-adi evlilik təklifi üçün 46 yaşlı kişi bir il dağları gəzib.
Şotlandiyada yaşayan partayıcı texniki sevgilisi üçün qeyri-adi addım atıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 46 yaşlı Con Qrenvud adlı texnik sevgilisinə özəl hədiyyə etmək üçün 1 il dağları gəzib. Belə ki, Qreenvud üç ildir birlikdə olan sevgilisi Moraq Şearerə unutmayacağı evlilik təklifi edib. Bunun üçün o, 1 il öncə dağlarda qızıl axtarışına başlayıb. Bir çayın kənarında çadır quran kişi gecə-gündüz, isti-soyuq demədən qram-qram qızıl toplayıb. Bir illik əməyinin nəticəsi olaraq o, 34 qram qiymətli metal toplaya bilib. Əldə edilən qızıllar və brilyant daşlarla kişi sevgilisi üçün qızıl üzük hazırladıb.
Qadının sözlərinə görə, o, sevgilisinin bu işlə hobb kimi məşğul olduğunu düşünüb. Ancaq üzüyü alandan sonra evlilik təklifinə ancaq bir cavab verməli olub: "Bəli!".
DOSTLARINLA PAYLAŞ: