32 yaşlı iş adamı 5000 kilometri ayaqyalın qaçacaq
09 Sentyabr 2009 Çərşənbə 04:35
O, qeyri-adi aksiya çərçivəsində 100 milyon dollar ianə toplamaq istəyir
Amerikalı sahibkar Telman Knudson ABŞ ərazisini ayaqyalın qaçmaqla 100 milyon dollar ianə toplamaq niyyətindədir. ANS PRESS, RİA “Novosti”yə istinadən xəbər verir ki, bir neçə internet layihələrinin baş direktoru bu gün Nyu-Yorkdan yola çıxacaq və 3200 mil (təxminən 5000 kilometr) qət etməkdə qərarlıdır. O Klivlend, Çikaqo, Oklahoma-siti, San-Luis, Hyustondan keçəcək və yürüşünü Santa-Monikada başa çatdıracaq. Telman Knudson bu qədər məsafəni ayaqyalın qaçacaq ilk amerikalıdır. O gün ərzində marafon distansiyasını qaçmalıdır.
32 yaşlı sahibkar bu aksiyası ilə diqqəti Amerikadakı evsizlərin problemlərinə yönəltmək istəyir. O topladığı vəsaiti gənclər arasında evsizlik probleminin həllinə yönələn xeyriyyə layihəsinə sərf etmək niyyətindədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: