31 yaşlı bavariyalı Mixael Bastinq sürətli öpüşə görə dünya rekordunu təzələyib. ANS PRESS, Almaniyanın DPA agentliyinə istinadən xəbər verir ki, ixtisasca veb-dizayner olan almaniyalı diskotekanın qarşısında dayanıb və 1 dəqiqə ərzində yaxınlıqdan keçən 111 qadının yanağından öpüb. Mixael Bastinqə Ginnesin rekordlar kitabına düşməyə dolayısı ilə kömək edən qadınların əksəriyyi turistlər olub.
Elan olunmuş şou əvvəlcədən hazırlanıbmış. Rekrdsmenin özü də buna ciddi şəkildə hazırlaşıb. O, “Augsburger Allgemeine” qəzetinə müsahibəsində belə deyib: “Sürətli öpüşmədə əsas məsələ nəfəs ritmini qorumaqdır. Buna mütəmadi məşqlərlə nail olmaq mümkündür”. Yeri gəlmişkən, Mixael Bastinq işlədiyi firmada həmkarlarının üzərində hazırlaşıb. Özünün sözlərinə görə, qeyri-rəsmi rekordu dəqiqədə 136 öpüş olub.
Xatırladaq ki, əvvəllər Ginnesin rekordlar kitabına dəqiqədə 96 nəfəri öpən avstraliyalı düşmüşdü. /ANS PRESS/